Menyu

Evlərdən mobil telefonlar oğurlayan şəxs saxlanılıb

Nərmin Qocamanlı
Evlərdən mobil telefonlar oğurlayan şəxs saxlanılıb

Evlərdən mobil telefonlar oğurlayan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Lənkəran şəhəri ərazisində yerləşən evlərdən birindən iki ədəd "İphone" markalı mobil telefonun oğurlanması barədə polisə məlumat daxil olub. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə  əvvəllər məhkum olunmuş Abdulla Abdullayev saxlanılıb. Əlavə araşdırmalarla onun Lənkəran şəhəri ərazisində yerləşən digər bir evdən də "Samsung" markalı mobil telefon oğurladığı müəyyən edilib. 

Araşdırma aparılır.

Teqlər:

"Evl\u0259rd\u0259n mobil telefonlar o\u011furlayan \u015f\u0259xs saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər