Menyu

Ötən gün 11 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb

Nərmin Qocamanlı
Ötən gün 11 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
1 dəq oxu

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 30-da ümumi çəkisi 11 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitənin 2,6 kiloqramdan artıq heroin,  5,8 kiloqramdan çox marixuana, 2,5 kiloqrama yaxın tiryək, həmçinin 86 ədəd metadon və ekstazi həbləri olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Əlaqəli Xəbərlər