Menyu

Oğuzda silahlı şəxs saxlanılıb

Nərmin Qocamanlı
Oğuzda silahlı şəxs saxlanılıb

Oğuz rayonunda qonşular arasında baş vermiş mübahisə zamanı birinin digərinə odlu silahla hədə-qorxu gəlməsi barədə polisə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə mübahisə edən tərəflərdən biri olan 50 yaşlı Rəşad Manafov saxlanılıb. Onun yaşadığı evdən 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəng aşkarlanıb. R.Manafov silahı bir müddət əvvəl tapdığını, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər