http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Bakıda “Türk Dövlətləri İqtisadi Forumu” öz işinə başlayıb

02 May 2024 , 10:30
Bakıda “Türk Dövlətləri İqtisadi Forumu” öz işinə başlayıb

Türk Dövlətləri Təşkilatının (TDT) rəsmi tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və Azərbaycan Françayzinq Assosiasiyasının (AFA) birgə təşkilatçılığı ilə ilk dəfə ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” keçirilir.

"Operativ Media" xəbər verir ki, Forum ölkələr arasında mövcud bazar və investisiya imkanlarının öyrənilməsi, türk markaların beynəlxalq mühitə inteqrasiyasının təşkili, şirkətlərarası kommersiya münasibətlərinin inkişaf etdirilməsi, xarici investor və şirkətlərin ölkəyə cəlb olunmasına dəstək, türk dövlətləri arasında münasibətlərin gücləndirilməsi məqsədi daşıyır.

Forumda “Türk dövlətləri arasında iqtisadi əməkdaşlıq, qlobal iqtisadiyyata təsiri və tövhəsi”, “ Çin yoxsa Hindistan yolu?, Ələt Azad İqtisadi zonasının əhəmiyyəti”, “Türk qadını - Qadın sahibkarlığının inkişafı”, “Türkdilli ölkələrdə iqtisadi əməkdaşlıq - Brendləşmə, Françayzinq” başlıqlı panellər keçiriləcək. Hər bir panel müzakirəsində müxtəlif dövlət qurumlarından yüksək vəzifəli şəxslər, investorlar, xarici ölkələrdən gəlmiş mütəxəssislər çıxış edəcək.

Forum Kapital Bank, Caspian Kapital Group, Unimetal və Gemza Holdingin maliyyə dəstəyi, CEO Platform, Azərbaycan Korporativ İş Adamları Birliyi (AKİAB), Türk Dünyası Tarım Birliyi və Yazılım Sanayicileri Dərnəyinin (YASAD) təşkilati dəstəyi ilə keçiriləcək. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi də (KOBİA) forumun rəsmi tərəfdaşlarından biridir.    

Forum çərçivəsində 12 şirkət öz stendlərində məhsul və xidmətlərini sərgiləyir.

Qeyd edək ki, tədbirdə ümumilikdə 500-ə yaxın yerli və xarici qonaqlar, sahibkarlar, ziyarətçilər, media nümayəndələri və iş adamları iştirak edir.

Forum hər il müxtəlif türk dövlətlərində davamlı olaraq keçiriləcək. 

OXŞAR XƏBƏRLƏR
Sabah IV sinif şagirdləri üçün monitorinq keçiriləcək

Sabah IV sinif şagirdləri üçün monitorinq keçiriləcək

Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilir

Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilir

Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılıb

XƏBƏR LENTİ
  • 10:04

    XİN: Azərbaycanın İrandakı səfirliyi yeni məkanda fəaliyyətini bərpa edəcək
    XİN: Azərbaycanın İrandakı səfirliyi yeni məkanda fəaliyyətini bərpa edəcək
  • 10:02

    Sabah IV sinif şagirdləri üçün monitorinq keçiriləcək
  • 10:00

    Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilir
  • 09:49

    Dünyanın ən təsirli 10 futbolçusu açıqlanıb
  • 09:42

    Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılıb
  • 09:36

    AZAL Bakı və Pekin arasında uçuşlara xüsusi tariflər təqdim edib
  • 09:31

    AMB-nin bu günə olan valyuta məzənnələri
  • 09:24

    Azərbaycan nefti bahalaşıb
Menyu