http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Binəqədidə narkotiklərin satışını təşkil edən və silahlı şəxslərə qarşı əməliyyat keçirilib

02 May 2024 , 10:44
Binəqədidə narkotiklərin satışını təşkil edən və silahlı şəxslərə qarşı əməliyyat keçirilib

Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən və silahlı şəxslərə qarşı əməliyyatlar keçirilib.

"Operativ Media" DİN-ə istinadən xəbər verir ki, Binəqədi Rayon İdarəsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan, eləcə də narkotiklərin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar həyata keçirib. Tədbirlər zamanı əvvəllər məhkum olunmuş Əzizov Azərdən 2 kiloqram 130 qram heroin, Xırdalan şəhər sakini Hüseynov Muraddan 4 kiloqram 375 qram marixuana aşkarlanıb. Saxlanılan şəxslər ölkəyə İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri Bakı şəhərində ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. İdarə əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı qanunsuz olaraq odlu silah-sursat saxlayan əvvəllər məhkum olunmuş Xanlarzadə Oktay saxlanılıb. Ondan 1 ədəd lüləsi kəsilmiş odlu silah və 4 ədəd patron aşkarlanıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir. Qeyd edək ki, Binəqədi RPİ-nin əməkdaşları tərəfindən aprel ayı ərzində keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 95 fakt aşkar olunub. Vətəndaşlarla aparılaran profilaktik tədbirlərin nəticəsi olaraq 7 odlu silah, o cümlədən 5 “Kalaşnikov” avtomatı, 2 “Makarov” tapançası və 187 ədəd patron polis əməkdaşlarına təhvil verilib.

 

OXŞAR XƏBƏRLƏR
Axtarışda olan qadın saxlanılıb

Axtarışda olan qadın saxlanılıb

AzTV auditor seçir

AzTV auditor seçir

Azərbaycan və Küveyt vəkillər kollegiyaları arasında Memorandum imzalanıb

Azərbaycan və Küveyt vəkillər kollegiyaları arasında Memorandum imzalanıb

XƏBƏR LENTİ
  • Dünən
    23:14

    Ramil Şeydayevli "Kocaelispor" Super Liqa şansını itirdi
  • Dünən
    23:03

    Çinin BMT-dəki missiyası: İraqın suverenliyinə bütün ölkələr hörmət etməlidir
  • Dünən
    22:48

    Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
  • Dünən
    22:36

    Roma Papası gələn il Türkiyəyə səfər edə bilər
  • Dünən
    22:22

    Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB
  • Dünən
    22:14

    Ərəb ölkələri Suriyaya qarşı birtərəfli məhdudiyyətləri aradan qaldırmağa çağırıb
  • Dünən
    21:59

    Mask: ABŞ İran, Çin, Şimali Koreyanın Rusiyanın ətrafında birləşməsinə səbəb olur
  • Dünən
    21:44

    Nigeriyada məsciddə partlayış olub, 11 nəfər həyatını itirib
Menyu