http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Mədəniyyət naziri liviyalı həmkarı ilə görüşüb

02 May 2024 , 13:46
Mədəniyyət naziri liviyalı həmkarı ilə görüşüb

Mədəniyyət naziri Adil Kərimli liviyalı həmkarı xanım Mabruka Osman ilə ikitərəfli görüş keçirib.

Mədəniyyət Nazirliyindən "Operativ Media"ya verilən xəbərə görə, nazir Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” və bu platforma çərçivəsində bu il altıncı dəfə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında məlumat verib.

Bildirilib ki, “Bakı Prosesi” BMT tərəfindən mədəniyyətlərarası dialoqa üzrə əsas qlobal platforma kimi qəbul olunur.

Görüşə görə təşəkkürünü bildirən nazir Mabruka Osman Forumun əhəmiyyətini yüksək qiymətləndirib, bu mötəbər tədbirə dəvətə görə Azərbaycan tərəfinə minnətdarlıq edib.

Söhbət zamanı bu il ölkəmizin daha bir qlobal əhəmiyyətli tədbirə – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi diqqətə çatdırılıb. Bildirilib ki, COP29-da iqlim dəyişikliyinin mədəniyyət sahəsinə təsiri, habelə ətraf mühitin qorunmasında mədəniyyətin rolu məsələləri ilə bağlı xüsusi müzakirələr aparılacaq.

Nazir Azərbaycanın qədim Şuşa şəhərinin ICESCO tərəfindən 2024-cü il üzrə “İslam mədəniyyətinin paytaxtı” elan edildiyini diqqətə çatdırıb, liviyalı həmkarını yaxın günlərdə keçiriləcək “paytaxt ili”nin açılış mərasiminə dəvət edib.

OXŞAR XƏBƏRLƏR
Axtarışda olan qadın saxlanılıb

Axtarışda olan qadın saxlanılıb

AzTV auditor seçir

AzTV auditor seçir

Azərbaycan və Küveyt vəkillər kollegiyaları arasında Memorandum imzalanıb

Azərbaycan və Küveyt vəkillər kollegiyaları arasında Memorandum imzalanıb

XƏBƏR LENTİ
  • Dünən
    23:14

    Ramil Şeydayevli "Kocaelispor" Super Liqa şansını itirdi
  • Dünən
    23:03

    Çinin BMT-dəki missiyası: İraqın suverenliyinə bütün ölkələr hörmət etməlidir
  • Dünən
    22:48

    Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
  • Dünən
    22:36

    Roma Papası gələn il Türkiyəyə səfər edə bilər
  • Dünən
    22:22

    Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB
  • Dünən
    22:14

    Ərəb ölkələri Suriyaya qarşı birtərəfli məhdudiyyətləri aradan qaldırmağa çağırıb
  • Dünən
    21:59

    Mask: ABŞ İran, Çin, Şimali Koreyanın Rusiyanın ətrafında birləşməsinə səbəb olur
  • Dünən
    21:44

    Nigeriyada məsciddə partlayış olub, 11 nəfər həyatını itirib
Menyu