Menyu

Ali Məhkəmə hüquqşünaslara müraciət edib

Nərmin Qocamanlı
Ali Məhkəmə hüquqşünaslara müraciət edib

İyunun 21-də Ali Məhkəmənin yanında Elmi-məsləhət şurasının növbəti iclası keçirilməsi planlaşdırılır. İclasda “Əsassız varlanma: mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi” mövzusu üzrə müzakirələrin təşkili nəzərdə tutulub.

Ali Məhkəmənin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, müzakirənin məqsədi məhkəmələr tərəfindən işlərə baxılarkən əsassız varlanmaya aid hüquq normalarının tətbiqindəki mövcud çətinliklərin və fərqli yanaşmaların aradan qaldırılması məqsədi ilə əsassız varlanmaya aid hüquq normalarının tətbiqində vahid məhkəmə təcrübəsinin formalaşdırılmasının təmin edilməsindən ibarətdir.

Mövzu üzrə müzakirəyə təqdim edilən suallar Ali Məhkəmənin rəsmi saytında yerləşdirilib.

Müzakirə ediləcək mövzunun əhəmiyyəti nəzərə alınaraq, bu sahələr üzrə ixtisaslaşmış hüquqşünas ekspertlərin ad-hoc üzv kimi Elmi-məsləhət şurasının təşkil edəcəyi müzakirələrdə iştiraka dəvət edilir.

Həmin mövzulara dair elmi müzakirələrdə iştirak etmək istəyən hüquqşünas ekspertlərin iyunun 1-dək [email protected] elektron ünvanına mövzu üzrə müzakirəyə çıxarılan suallara dair yazılı mülahizələrini və CV-lərini təqdim etmək təklif olunur.

Elmi-məsləhət şurası tərəfindən seçiləcək ekspertlər iclasa ad-hoc üzvlər kimi dəvət ediləcəklər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər