Ana səhifə / Slayder / Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib 02.05.2024, 16:10 Nərmin Qocamanlı Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib. "Operativ Media" xəbər verir ki, bu barədə qərar Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qəbul edilib. Qeyd edək ki, Prezident İlham Əliyevin 8 aprel tarixli sərəncamı ilə Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. Ramin Məmmədov 64 saylı Sabirabad ikinci seçki dairəsinin deputatı olub. Konstitusiyanın 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisinin deputatı dövlət orqanlarında vəzifə tutduqda mandatından məhrum edilir. Teqlər: "Ramin M\u0259mm\u0259dovun deputat s\u0259lahiyy\u0259tl\u0259rin\u0259 xitam verilib"