Menyu

Uyğunsuzluq aşkarlanan baytarlıq preparatları məhv edilib

Nərmin Qocamanlı
Uyğunsuzluq aşkarlanan baytarlıq preparatları məhv edilib

"Met Farm Az" MMC-nin Türkiyə Respublikasından ölkəmizə idxal etdiyi Avstriya mənşəli ümumi çəkisi 960 kiloqram olan 48 ədəd “Dermapre F” əmtəə nişanlı baytarlıq preparatlarından nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən "Operativ Media"ya verilən məlumata görə, aparılan sınaq nəticəsinə əsasən, nümunələrdə baytarlıq preparatlarının normativ-texniki sənədlərin tələblərinə cavab vermədiyi aşkarlanıb.

Agentlik tərəfindən uyğunsuzluq aşkarlanan baytarlıq preparatlarının məhv edilməsi barədə müvafiq qərar qəbul olunub.

Teqlər:

"Uy\u011funsuzluq a\u015fkarlanan baytarl\u0131q preparatlar\u0131 m\u0259hv edilib"

Əlaqəli Xəbərlər