http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Heydər Əliyev Fondunun Rusiyadakı layihələri müzakirə olunub

02 May 2024 , 17:19
Heydər Əliyev Fondunun Rusiyadakı layihələri müzakirə olunub

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimova Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, görüşdə Azərbaycanın Rusiya ilə müxtəlif platformalarda əməkdaşlığı müzakirə edilib. Bir çox sahələrdə, o cümlədən humanitar istiqamətdə sıx əlaqələrin qurulduğu qeyd olunub.

Azərbaycanda 300-dən çox orta məktəbdə təhsilin rus dilində həyata keçirildiyi, Bakı Slavyan Universitetinin, Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının fəaliyyət göstərdiyi bildirilib. O cümlədən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filiallarının fəaliyyəti vurğulanıb.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun 20 illik fəaliyyəti dövründə Azərbaycanda və ölkə hüdudlarından kənarda, həmçinin Rusiya Federasiyasında humanitar sahədə həyata keçirdiyi uğurlu layihələr xatırlanıb. Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı bərpa olunan “Azərbaycan” pavilyonunun fəaliyyəti, Fondun Rusiya nümayəndəliyinin ikitərəfli əlaqələrin daha da genişləndirilməsi istiqamətində gördüyü işlər qeyd edilib.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə may ayında Moskvada “Helikon-opera”da konsert proqramının təqdim olunacağı bildirilib.

OXŞAR XƏBƏRLƏR
LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

DSMF-nin xərcləri 13 faizdən çox artıb

DSMF-nin xərcləri 13 faizdən çox artıb

Leysan yağacaq, dolu düşəcək - SABAHIN HAVASI

Leysan yağacaq, dolu düşəcək - SABAHIN HAVASI

XƏBƏR LENTİ
  • 13:37

    Azərbaycan "Russia Halal Expo 2024" sərgisində təmsil olunur
  • 13:32

    Zelenski Rusiya ilə atəşkəs təklifini qiymətləndirib
  • 13:23

    İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
    İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
  • 13:19

    Joel Matip "Liverpul"dan ayrılacaq
  • 13:06

    Çin XİN: Moskva və Pekin suverenliyin qorunmasında bir-birini dəstəkləyir
  • 13:06

    LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?
  • 12:52

    Macarıstan Avropa Şurasının Ukrayna ilə bağlı qərarına veto qoyub
  • 12:47

    AFFA prezidenti bir sıra görüşlər keçirib
Menyu