http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib

02 May 2024 , 17:28
Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində fakültənin Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib. 

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, Tibb İdarəsinin və Hərbi Tibb Fakültəsinin tibb xidməti zabitləri, Azərbaycan Tibb Universitetinin professor-müəllim heyəti, tələbə və kursantlarının iştirak etdiyi konfransda əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib.

Konfransda Azərbaycan Ordusunda aparılan islahatlar çərçivəsində hərbi tibb sahəsində tətbiq olunan yeniliklərdən, müasir hərbi tibb elminin inkişafından danışılıb, "İşğaldan azad olunmuş ərazilərdə su nümunələrinin fiziki-kimyəvi və bakterioloji təhlili", "Müasir müharibə şəraitində sanitar itkilərin xüsusiyyətləri", "Robotik cərrahiyyənin gələcək perspektivləri və üstünlükləri", eləcə də digər mövzular üzrə məruzələr, çıxışlar dinlənilib və ətraflı müzakirələr aparılıb.

Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti ümumilikdə müsbət qiymətləndirilib, nəzəri və praktiki təcrübələri daha da dərinləşdirməyin, qeyd olunan mövzular üzrə araşdırmalar aparılmasının vacibliyi tövsiyə olunub.

OXŞAR XƏBƏRLƏR
Böyük Qayıdışa dair Proqramın icrası ilə bağlı 4 aylıq monitorinqlərin nəticələrinə dair müşavirə keçirilib

Böyük Qayıdışa dair Proqramın icrası ilə bağlı 4 aylıq monitorinqlərin nəticələrinə dair müşavirə keçirilib

Yağıntılı hava mayın 21-dək davam edəcək

Yağıntılı hava mayın 21-dək davam edəcək

Cavanşir körpüsünün sökülməsi ilə əlaqədar nəqliyyatın hərəkəti yenidən təşkil ediləcək

Cavanşir körpüsünün sökülməsi ilə əlaqədar nəqliyyatın hərəkəti yenidən təşkil ediləcək

XƏBƏR LENTİ
  • 15:58

    Azərbaycan XİN Norveçi təbrik edib
  • 15:50

    Qəzzada ölən və yaralananların sayı açıqlanıb
  • 15:49

    Magistraturaya qəbulun yekun nəticələri açıqlanıb
    Magistraturaya qəbulun yekun nəticələri açıqlanıb
  • 15:46

    Böyük Qayıdışa dair Proqramın icrası ilə bağlı 4 aylıq monitorinqlərin nəticələrinə dair müşavirə keçirilib
  • 15:43

    Robert Fitso bu gün daha bir əməliyyat keçirib
  • 15:39

    Yağıntılı hava mayın 21-dək davam edəcək
  • 15:35

    Naxçıvanda 2987 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb
  • 15:03

    Cavanşir körpüsünün sökülməsi ilə əlaqədar nəqliyyatın hərəkəti yenidən təşkil ediləcək
Menyu