Menyu

Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb

Nərmin Qocamanlı
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
1 dəq oxu

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 2-də ümumi çəkisi 20,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə "Operativ Media"ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin 19,5 kiloqramdan artığı marixuana, qalanı isə heroin, tiryək və metamfetamin, həmçinin 130 ədəd metadon həbi olub.

Əlaqəli Xəbərlər