Menyu

10 mindən çox müharibə iştirakçısı özünüməşğulluq proqramına cəlb edilib - Sahil Babayev

Nərmin Qocamanlı
10 mindən çox müharibə iştirakçısı özünüməşğulluq proqramına cəlb edilib - Sahil Babayev

"10 mindən çox müharibə iştirakçısı özünüməşğulluq proqramına cəlb edilib".

"Operativ Media" xəbər verir ki, bunu bu gün Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən "İctimai proseslər media müstəvisində" adlı tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

O qeyd edib ki, 4 milyon insanı əhatə edən 7 milyard manatlıq sosial dəstək paketi həyata keçirilib: “Ölkədə son 5 il ərzində inqilabi sosial islahat paketkəri həyata keçirilib. Bu müddət ərzində ölkəmizdə əmək haqqı fondu 2,8 dəfə, minimum əmək haqqı 2,7 dəfə, orta əmək haqqı 75 faiz artıb”.

Müharibə iştirakçılarının başçımızın tapşırığına uyğun olaraq daim diqqət mərkəzində olduğunu bildirən S.Babayev əlavə edib: “128 min müharibə iştirakçısına 340 min manatdan çox dəstək tədbiri göstərilib. Eyni zamanda, 6 min mənzil, 600 avtomobil təhvil verilib. Bu dəstək tədbirlərinin artırılması planlaşdırılır”.

Teqlər:

"10 mind\u0259n \u00e7ox m\u00fcharib\u0259 i\u015ftirak\u00e7\u0131s\u0131 \u00f6z\u00fcn\u00fcm\u0259\u015f\u011fulluq proqram\u0131na c\u0259lb edilib - Sahil Babayev"

Əlaqəli Xəbərlər