Menyu

Bakıda soyuq silah hesab edilən kəsici-deşici alətlərin satışının qarşısı alınıb

Nərmin Qocamanlı
Bakıda soyuq silah hesab edilən kəsici-deşici alətlərin satışının qarşısı alınıb
1 dəq oxu

 Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının ötən gün metronun “Əhmədli” və “Həzi Aslanov” stansiyalarına yaxın ərazilərdə keçirdikləri tədbirlərlə 7 mağazadan xəsarət yetirmək təyinatına malik, satışı nəzərdə tutulan ümumilikdə 147 kəsici-deşici alət aşkar olunaraq götürülüb.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, maddi sübut kimi götürülən həmin silahlarla bağlı müvafiq ekspertiza təyin olunub, saxlanılan şəxslər barəsində araşdırma aparılır.

Əlaqəli Xəbərlər