http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsinin spikerləri bəlli oldu

03 May 2024 , 11:43
Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsinin spikerləri bəlli oldu

                                                                          

“Gələcəyə doğru yatırım” şüarı ilə keçiriləcək “Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsi” 1 iyun 2024-cü il tarixində “The Ritz Carlton Hotel” də baş tutacaq.

"Operativ Media" xəbər verir ki, “Between Estates” MMC və “Facemark” MMC şirkətlərinin təşkilatçılığı ilə ölkəmizdə həyata keçiriləcək olan tədbirin əsas məqsədi Azərbaycan investorlarına Türkiyə, Amerika, Braziliya və Avropa birliyi bazarında əmlak və digər investisiya imkanlarını necə effektiv istifadə edə biləcəkləri barədə məlumat verməkdir.

Peşəkar spikerlər Türkiyədəki əmlak layihələri, Avropa və Türkiyədə investisiyaların qoyulması, iqtisadiyyat və yaşam tərzi, iş və həyat yatırımları və geri dönüşləri, Braziliya və Amerikada yaşam tərzi və yatırım imkanları mövzularından danışacaqlar.

Tədbirdə “Between Estates” şirkətinin rəhbəri, eyni zamanda Amazon şirkətinin 15 ölkə üzrə layihə meneceri  Günel Ağazadə, Ekspert Onur Sürenoğlu,  HETCH-də Davamlılıq və Startap Sahəsinin rəhbəri Aliya Sabir, Amazon şirkətinin Baş Biznes İnkişafı Meneceri Patrycja Fusiewicz, ekspert Seymur Rasulov, “Vecon Centre" MMC-nin direktoru İradə Şükürova, “Mirzayev and Partners Legal Firm” hüquq şirkətinin təsisçi və direktoru, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Hüquq elmləri üzrə fəlsəfə doktoru Şaiq Mirzəyev,  Kommersiya Əmlakının İdarə Edilməsi üzrə mütəxəssis Dərya Cəfərli, Amazon RBS Braziliya üzrə Regional Ölkə Meneceri Mariana Campos,  “Bank of Baku” ASC-də Komplayens şöbəsinin müdiri Səbinə Bağırova və digər peşəkarlar spiker qismində çıxış edəcəklər.

Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsinə bilet əldə etmək və tədbirlə bağlı daha ətraflı məlumat əldə etmək üçün www.propertyandinvestment.az saytına keçid edə və sosial media hesablarımızı izləyə bilərsiniz.

Linkedin: https://www.linkedin.com/company/beyn-lxalq-mlak-v-i-nvestisiya-zirv-si/about/?viewAsMember=true

Facebook: https://www.facebook.com/profile.php?id=61558462283859

İnstagram: https://www.instagram.com/propertyandinvestment.az/

 

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub

İlham Əliyev Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub

Mikayıl Cabbarov İsmayıllıda  “Coca-Cola” şirkətinin təməlqoyma mərasimində iştirak edib

Mikayıl Cabbarov İsmayıllıda “Coca-Cola” şirkətinin təməlqoyma mərasimində iştirak edib

Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq

Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq

XƏBƏR LENTİ
  • 14:41

    İlham Əliyev Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub
    İlham Əliyev Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub
  • 14:36

    Mikayıl Cabbarov İsmayıllıda “Coca-Cola” şirkətinin təməlqoyma mərasimində iştirak edib
  • 14:28

    Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
  • 14:23

    Nohur gölündə suyun səviyyəsinin endirilməsi istiqamətində tədbirlər davam etdirilir
  • 14:17

    Prezident və birinci xanım Zəngilan rayonunda “Ağalı” hotelinin açılışında iştirak ediblər
    Prezident və birinci xanım  Zəngilan rayonunda “Ağalı” hotelinin açılışında iştirak ediblər
  • 14:13

    Bakıda “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb
  • 14:11

    Hindistan və Pakistanın Qırğızıstandakı səfirlikləri vətəndaşlarına müraciət edib
  • 14:02

    Azərbaycan nümayəndə heyətinin Mərakeş Krallığına səfəri davam edir
Menyu