Mayın 4-də saat 16 radələrində Şəki rayonu Baş Şabalıd kəndində 1966-cı il təvəllüdlü Sədiyev Azər Sədi oğlu və 1957-ci il təvəllüdlü Məmmədsoy İsrafil Əhmədiyyə oğlunun ov silahı ilə qətlə yetirilmələri barədə polisə məlumat daxil olub.
Daxili İşlıər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1965-ci il təvəllüdlü Namik Məmmədov hadisədən sonra özünə xəsarət yetirib.






