Menyu

Məişət tullantıları yanan ərazidən meyit tapılıb

Məişət tullantıları yanan ərazidən meyit tapılıb
1 dəq oxu

Bakı şəhərinin Xətai rayonunda açıq ərazidə 15 m² sahədə məişət tullantıları yanıb.

Bu barədə "Operativ Media"ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

Əlaqəli Xəbərlər