http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Ağdaşda mağaza yanıb

06 May 2024 , 10:19
Ağdaşda mağaza yanıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdaş rayonu, Yeni yaşayış massivi adlanan ərazidə mağazada yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən "Operativ Media"ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdaş rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus ümumi sahəsi 800 kv.m. olan ikimərtəbəli tikinti materialları mağazasının ərazisində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində baş verən yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində tikinti materialları mağazasının ərazisində sahəsi 100kv.m. olan anbarın yanar konstruksiyaları və içərisində olan tikinti malları 100kv.m. sahədə yanıb.

Mağaza, mağazanın qarşısına yığılmış tikinti malları və bitişik tikilmiş ümumi sahəsi 100kv.m. olan avtomobil ehtiyat hissələrinın satışı mağazası yanğından mühafizə olunub.

OXŞAR XƏBƏRLƏR
Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib

Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edib

Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edib

Müdafiə Nazirliyinin İdarə rəisi vəzifəsindən azad edilib

Müdafiə Nazirliyinin İdarə rəisi vəzifəsindən azad edilib

XƏBƏR LENTİ
  • 12:07

    “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir
  • 12:03

    Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - YENİLƏNİB
    Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - YENİLƏNİB
  • 11:56

    İsrailin hərbi kabinet naziri Netanyahunu koalisiyadan çıxmaqla hədələyib
  • 11:37

    Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
  • 11:19

    Şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
  • 10:48

    Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 155-ə yüksəlib
  • 10:32

    VI sinif şagirdləri üçün monitorinq keçirilir
  • 10:14

    Xarkov vilayətindən 10 mindən çox insan təxliyə edilib
Menyu