http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

07 May 2024 , 17:25
Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Körfəz Əməkdaşlıq Şurasına üzv olan ölkələr üzrə (BƏƏ, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Oman, Küveyt) hazırlanan hesabatda Azərbaycan səyahət istiqaməti kimi üstünlük verilən 10 ölkə arasında 38% faizlə birinci pillədə yer alıb.

"Operativ Media" xəbər verir ki, Dövlət Turizm Agentliyinin məlumatına görə, “Connecting Travel Insight Report” adlanan hesabat tanınmış “Jacobs Media” şirkəti tərəfindən hazırlanaraq mayın 7-də “ATM Dubai 2024” çərçivəsində təqdim olunub. Hesabatda göstəricilər cari ilin məlumatlarını əhatə etməklə uçuş tutumunun həcmlərinə uyğun olaraq orta artıma müvafiq hesablanıb. Azərbaycanla yanaşı, onluqda Misir, Tailand, Böyük Britaniya, İtaliya, Fransa, Gürcüstan, İsveçrə, Türkiyə və Maldiv Respublikası kimi ölkələr sıralanıb.

Tədbirdə çıxış edən Ümumdünya Səyahət və Turizm Təşkilatının (WTTC) Baş icraçı direktoru Culiya Simpson Azərbaycanın, həmçinin, “Hotel Dayanıqlılığının Əsasları” proqramına qoşulmasını qeyd edərək,bu təşəbbüsü yüksək qiymətləndirdiyini vurğulayıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-aprel aylarında Yaxın Şərq regionundan ölkəmizə səfər edənlərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə 51% artım müşahidə olunub.

OXŞAR XƏBƏRLƏR
Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib

Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edib

Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edib

Müdafiə Nazirliyinin İdarə rəisi vəzifəsindən azad edilib

Müdafiə Nazirliyinin İdarə rəisi vəzifəsindən azad edilib

XƏBƏR LENTİ
  • 17:07

    İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil - YENİLƏNİB
    İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil - YENİLƏNİB
  • 16:47

    Konqo Demokratik Respublikasında dövlət çevrilişinin qarşısı alınıb - YENİLƏNİB
  • 16:37

    Yollarda görünüş məsafəsi məhdudlaşacaq
  • 16:21

    Xocalı prospekti istiqamətində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb - YENİLƏNİB
  • 16:12

    Latviya parlamentinin sədri Şuşaya səfər edib
  • 15:41

    Yeni Kaledoniya mühasirədədir: Qurbanların sayı 6 nəfərə çatıb
  • 15:24

    Suriyanın şimalında 5 terrorçu zərərsizləşdirilib
  • 15:08

    Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib - FOTO
Menyu