http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycanda hərracda 20 nəqliyyat vasitəsi özəlləşdirilib

07 May 2024 , 17:37
Azərbaycanda hərracda 20 nəqliyyat vasitəsi özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 20 nəqliyyat vasitəsi özəlləşdirilib.

Qurumdan "Operativ Media"ya verilən məlumata görə, ilkin qiyməti 9 900 manat olan “Volkswagen Passat” markalı avtomobil 11 000 manata satılıb. Start qiyməti 1 200 manat olan “Nissan Sunny” markalı nəqliyyat vasitəsi isə 3 600 manata özəlləşdirilib.

Hərracda satılan əmlakların siyahısı ilə https://clck.ru/3A7csN linki vasitəsilə tanış olmaq olar.

Cari ay üçün nəqliyyat vasitələri üzrə növbəti hərraclar 14, 17, 21 və 29 may tarixlərində keçiriləcək.

İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, əmlakın ilkin hərrac qiymətinin 10 %-i məbləğində behi ödəyərək iştirakçı statusu əldə etmək olar.

Keçirilmiş hərraclara çıxarılan əmlaklara ümumilikdə 84 sifariş qəbul edilib. Bunlardan 25-i elektron qaydada qeydə alınıb.

OXŞAR XƏBƏRLƏR
Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib

Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edib

Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edib

Müdafiə Nazirliyinin İdarə rəisi vəzifəsindən azad edilib

Müdafiə Nazirliyinin İdarə rəisi vəzifəsindən azad edilib

XƏBƏR LENTİ
  • 17:11

    Ermənistan polisi Bakı ilə delimitasiya işlərinin aparıldığı Kirants kəndinin girişlərini bağlayıb
  • 17:07

    İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil - YENİLƏNİB
    İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil - YENİLƏNİB
  • 16:47

    Konqo Demokratik Respublikasında dövlət çevrilişinin qarşısı alınıb - YENİLƏNİB
  • 16:37

    Yollarda görünüş məsafəsi məhdudlaşacaq
  • 16:21

    Xocalı prospekti istiqamətində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb - YENİLƏNİB
  • 16:12

    Latviya parlamentinin sədri Şuşaya səfər edib
  • 15:41

    Yeni Kaledoniya mühasirədədir: Qurbanların sayı 6 nəfərə çatıb
  • 15:24

    Suriyanın şimalında 5 terrorçu zərərsizləşdirilib
Menyu