http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Naxçıvanda ASAN Vəkil Bürosu açılıb

07 May 2024 , 19:52
Naxçıvanda ASAN Vəkil Bürosu açılıb

Mayın 7-də Naxçıvan Muxtar Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyəti Naxçıvan ASAN Vəkil Bürosunun açılış mərasimində iştirak edib.

"Operativ Media" xəbər verir ki, mərasimdən əvvəl nümayəndə heyəti "ASAN xidmət" mərkəzində vəkil kabineti ilə tanış olub. Kollegiya sədri Anar Bağırov "ASAN xidmət" mərkəzi ilə səmərəli əməkdaşlıq edildiyini söyləyib, ASAN Vəkil Bürosunun əməkdaşlarına tövsiyələrini verib. Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri Vüsal Həsənov qonaqlara büro haqqında ətraflı məlumat verib. Nəzərə çatdırılıb ki, kollegiyanın inzibati binasında yerləşən büro 5 otaqdan ibarətdir. Büroda əlverişli iş şəraiti üçün lazımi inventarlar quraşdırılıb. Vəkillərin fəaliyyəti üçün tam rahat və komfortlu şərait yaradılıb. Eyni zamanda, ASAN Vəkil Bürosu Naxçıvan "ASAN xidmət" mərkəzində də fəaliyyət göstərir.

Daha sonra Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası üzvlərinin iştirakı ilə görüş keçirilib. Vəkillər Kollegiyasının sədri Anar Bağırov son illər kollegiyada görülən işlərdən, Azərbaycanda vəkilliyin inkişafından danışıb, vəkillərin sayının getdikcə artdığını söyləyib. Ölkəmizdə vəkil bürolarının sayının 137-yə çatdığını bildirən sədr bütün vəkil qurumlarının beynəlxalq standartlara cavab verdiyini və vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almasını təmin edən şəraitin yaradıldığını vurğulayıb.

Son dövrlər Naxçıvanda vəkillik sahəsində görülən işlərə, islahatlara da toxunan sədr Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının fəaliyyəti, uğurları, problemlərin həlli məsələsindən söz açıb, o cümlədən gələcəkdə yeniliklərin olacağını, habelə vəkillərin sayının 100 faizə çatdığını bildirilib.

Sonda vəkillərin peşə fəaliyyəti zamanı üzləşdikləri problemlər və təkliflər dinlənilib, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Rəyasət Heyəti tərəfindən son dövrlərdə görülən tədbirlər, qarşıda duran işlər barədə məlumat verilib, vəkilləri maraqlandıran suallar cavablandırılıb. Həmçinin peşə fəaliyyəti ilə bağlı müzakirələr aparılıb, o cümlədən Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının yeni vəkil bürolarının açılması təklifi irəli sürülüb.

OXŞAR XƏBƏRLƏR
Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib

Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edib

Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edib

Müdafiə Nazirliyinin İdarə rəisi vəzifəsindən azad edilib

Müdafiə Nazirliyinin İdarə rəisi vəzifəsindən azad edilib

XƏBƏR LENTİ
  • 17:11

    Ermənistan polisi Bakı ilə delimitasiya işlərinin aparıldığı Kirants kəndinin girişlərini bağlayıb
  • 17:07

    İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil - YENİLƏNİB
    İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil - YENİLƏNİB
  • 16:47

    Konqo Demokratik Respublikasında dövlət çevrilişinin qarşısı alınıb - YENİLƏNİB
  • 16:37

    Yollarda görünüş məsafəsi məhdudlaşacaq
  • 16:21

    Xocalı prospekti istiqamətində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb - YENİLƏNİB
  • 16:12

    Latviya parlamentinin sədri Şuşaya səfər edib
  • 15:41

    Yeni Kaledoniya mühasirədədir: Qurbanların sayı 6 nəfərə çatıb
  • 15:24

    Suriyanın şimalında 5 terrorçu zərərsizləşdirilib
Menyu