Menyu

Zaqatalada dönərdən 15 nəfər zəhərlənib

Zaqatalada dönərdən 15 nəfər zəhərlənib
1 dəq oxu

Bu gün saat 17:40-dan başlayaraq qidadan zəhərlənmə şübhəsilə 5-i uşaq olmaqla 15 nəfər (10 qadın cinsli, 5 kişi cinsli olmaqla) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub.

Bu barədə "Operativ Media"ya TƏBİB-dən məlumat verilib.

"Xəstələrin vəziyyəti orta ağır, huşları aydındır. Hazırda xəstələrin müayinə və müalicəsi davam etdirilir", - məlumatda qeyd olunub. 

Əlaqəli Xəbərlər