http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

XƏBƏRDARLIQ: Səhiyyə Nazirliyinin adından sosial şəbəkələrdə saxta kampaniya keçirilir

07 May 2024 , 22:54
XƏBƏRDARLIQ: Səhiyyə Nazirliyinin adından sosial şəbəkələrdə saxta kampaniya keçirilir

Sosial şəbəkə platformalarında kiberdələduzlar tərəfindən Səhiyyə Nazirliyinin dəstəyi görüntüsü ilə Kapital Bank adından saxta kampaniyalar həyata keçirilir. Belə ki, yaradılan saxta hesablar vasitəsilə Kapital Bankın hər kəsə 200 AZN məbləğində pul verdiyi bildirilir.

"Operativ Media" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Elektron Təhlükəsizlik Xidmətinin birgə məlumat yayıb.

Bildirilib ki, vəsaitin alınması məqsədi ilə istifadəçilərə saxta “Telegram” kanalına daxil olmaq təklif olunaraq istifadəçilərin bank kartı məlumatları tələb olunur. Bununla da vəsait istifadəçilərə məxsus bank hesablarından kiberdələduzlar tərəfindən oğurlanır.

Səhiyyə Nazirliyi Elektron Təhlükəsizlik Xidməti ilə birgə vətəndaşlardan bu cür hallara qarşı diqqətli olmağı və hər hansı qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda ilk növbədə, həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir

OXŞAR XƏBƏRLƏR
Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib

Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edib

Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edib

Müdafiə Nazirliyinin İdarə rəisi vəzifəsindən azad edilib

Müdafiə Nazirliyinin İdarə rəisi vəzifəsindən azad edilib

XƏBƏR LENTİ
  • 18:07

    İlham Əliyev və Seyid İbrahim Rəisi Azərbaycan-İran dövlət sərhədində görüşüblər
  • 18:01

    İbrahim Rəisi: Bizim üçün ən vacib məsələ ölkələrimizin maraqlarıdır
  • 17:52

    Xətaidə yaşayış binasında yanğın olub
  • 17:48

    Rəisi: Qarabağın Azərbaycanın ərazisi olduğunu tam açıq şəkildə bildirən ilk ölkələrdən biri olmuşuq
    Rəisi: Qarabağın Azərbaycanın ərazisi olduğunu tam açıq şəkildə bildirən ilk ölkələrdən biri olmuşuq
  • 17:47

    KİV: İran Prezidenti sağdır, Təbrizə gedir - YENİLƏNİB
    KİV: İran Prezidenti sağdır, Təbrizə gedir - YENİLƏNİB
  • 17:38

    Fələstin Səhiyyə Nazirliyi: Qəzzada təxminən 35,5 min insan həyatını itirib
  • 17:23

    Bakıda sərnişin avtobusları qəza törədib, xeyli sayda yaralılar var
    Bakıda sərnişin avtobusları qəza törədib, xeyli sayda yaralılar var
  • 17:11

    Ermənistan polisi Bakı ilə delimitasiya işlərinin aparıldığı Kirants kəndinin girişlərini bağlayıb
    Ermənistan polisi Bakı ilə delimitasiya işlərinin aparıldığı Kirants kəndinin girişlərini bağlayıb
Menyu