Menyu

Zaqatala prokurorluğu kütləvi zəhərlənmə ilə bağlı araşdırmaya başlayıb

Zaqatala prokurorluğu kütləvi zəhərlənmə ilə bağlı araşdırmaya başlayıb
1 dəq oxu

Zaqatala şəhərində yerləşən iaşə obyektlərindən birində 15 nəfər şəxsin qidadan zəhərlənməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.

"Operativ Media" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən medianın sorğusuna cavab olaraq bildirilib.

İlkin ehtimallara əsasən, rayon sakinləri quş əti tərkibli qidadan zəhərlənib.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə iaşə obyektindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. 

Əlaqəli Xəbərlər