Menyu

Masallıda narkotik vasitə satan şəxslər saxlanılıblar

Nərmin Qocamanlı
Masallıda narkotik vasitə satan şəxslər saxlanılıblar
1 dəq oxu

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər oğurluq əməlinə görə məhkum olunmuş Ramin Abiyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, ondan 3 kiloqram marixuana, 1 kiloqram metamfetamin aşkarlanıb.

Şöbə əməkdaşlarının  keçirdikləri digər əməliyyat tədbiri nəticəsində isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuşlar- İlqar Əkbərli və Azad Səfərov saxlanılıblar. Onlardan heroin və metamfetamin aşkarlanıb. 
Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 
Araşdırmalar aparılır.

Əlaqəli Xəbərlər