http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

AZAL Beynəlxalq Talassemiya Günü ilə bağlı qanvermə aksiyası keçirib

08 May 2024 , 09:34
AZAL Beynəlxalq Talassemiya Günü ilə bağlı qanvermə aksiyası keçirib

8 may 2024-cü il, Bakı – “Azərbaycan Hava Yolları” QSC (AZAL) 8 may — Beynəlxalq Talassemiya Gününə həsr olunmuş “Qan ver, həyat ver!” şüarı altında könüllü qanvermə aksiyası keçirib.

"Operativ Media" xəbər verir ki, bu barədə  
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti məlumat yayıb.
 
Aksiya Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankının dəstəyi ilə Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisində yerləşən Tibb-Sanitar İdarəsində təşkil olunub.
 
Tədbirdə AZAL-ın 100-ə yaxın əməkdaşı iştirak edib. Aksiyada iştirak etməzdən əvvəl onların sağlamlıqları Mərkəzi Qan Bankının həkimləri tərəfindən yoxlanılıb.
 
Qanvermə aksiyası AZAL-ın sosial məsuliyyət fəaliyyəti çərçivəsində irsi qan xəstəliklərindən əziyyət çəkən, ağır qəza, cərrahi əməliyyat və ya təbii fəlakət zamanı risk altına düşmüş şəxslərə dəstək olmaq məqsədilə həyata keçirilib.
 
AZAL gələcəkdə bu cür xeyriyyə tədbirlərini davam etdirməyi planlaşdırır.
 

OXŞAR XƏBƏRLƏR
Prezident: "Azərbaycan İrana hər cür dəstək göstərməyə hazırdır"

Prezident: "Azərbaycan İrana hər cür dəstək göstərməyə hazırdır"

Yevlaxda ər arvadını öldürüb, sonra özünə xəsarət yetirib

Yevlaxda ər arvadını öldürüb, sonra özünə xəsarət yetirib

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib

XƏBƏR LENTİ
  • 21:12

    "Mançester Siti" İngiltərə çempionu oldu
  • 20:48

    İraqın Baş naziri Rəisi ilə bağlı göstəriş verib
  • 20:25

    İran ordusunun bütün qüvvələrinin helikopterin axtarışına cəlb olunması ilə bağlı əmr verildi
  • 20:04

    XİN: "Azərbaycan dost və qardaş xalq kimi İrana bütün lazımi dəstəyi verməyə hazırdır"
  • 19:48

    Prezident: "Azərbaycan İrana hər cür dəstək göstərməyə hazırdır"
    Prezident: "Azərbaycan İrana hər cür dəstək göstərməyə hazırdır"
  • 19:24

    Mirzoyan Avstriyaya səfər edəcək
  • 19:04

    Yevlaxda ər arvadını öldürüb, sonra özünə xəsarət yetirib
  • 18:53

    ABŞ Nigerdən qoşunlarını çıxarır
Menyu