Menyu

ADY-nin qatarları ilə səfər edənlərin sayı 684,862 minə çatıb

Nərmin Qocamanlı
ADY-nin qatarları ilə səfər edənlərin sayı 684,862 minə çatıb

Bu ilin aprel ayında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) şəhərətrafı və ölkədaxili qatarları ilə səfər edənlərin sayı 21,4 % artaraq 684,862 minə çatıb.

ADY-dən "Operativ Media"ya verilən məlumata görə, apreldə səfər edənlərin 95,8 %-i və ya 656,269 mini Abşeron dairəvi dəmir yolu xətti üzrə səyahət edib. Bu da, ötən ilin eyni dövrü ilə müqayisədə 21,8 % çoxdur.

Hesabat dövründə Bakı-Ağstafa-Bakı dəmir yolu xətti üzrə səfər edənlərin sayı 6,3 % artaraq 24,975 minə, Bakı-Qəbələ-Bakı dəmir yolu xətti üzrə səfər edənlərin sayı isə 2,2 dəfə artaraq 3,618 minə çatıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər