Şirvanda yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan şəxslər aşkar edilib
Nərmin Qocamanlı
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, şöbə əməkdaşlarının şəhər ərazisində keçirdikləri tədbirlər zamanı 5 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib.
Həmin satıcılar barəsində inzibati tənbeh tədbirləri görülüb və onların hər biri qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunublar.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma