Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək istəyənlərin nəzərinə!
Nərmin Qocamanlı
2024–2025-ci tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir.
Elm və Təhsil Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, müsabiqə üzrə qeydiyyat 15 may saat 11:00-dan 22 may saat 11:00-dək davam edəcək.
Bu il ilk dəfə olaraq “ASAN Login” sistemi vasitəsilə qeydiyyat prosesi həyata keçiriləcək. Müsabiqədə iştirak üçün namizədlər “ASAN Login” əldə etdikdən sonra www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə biləcəklər.
Ətraflı məlumat üçün aşağıdakı linkə keçid etməklə müsabiqəyə dair sual-cavabla tanış ola bilərsiniz:
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net