Əhməd Rəcəbli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Nərmin Qocamanlı
Mayın 10-u saat 08:00-dan may 13-ü saat 22:00-dək Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində (Ziya Bünyadov prospektindən Akademik Həsən Əliyev küçəsinədək, “N.Nərimanov” metro stansiyası istiqamətində) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net