http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Ölkəmizdə ilk dəfə keçiriləcək Təchizat Zənciri Liderləri Zirvəsinə sayılı günlər qaldı!

08 May 2024 , 19:18
Ölkəmizdə ilk dəfə keçiriləcək Təchizat Zənciri Liderləri Zirvəsinə sayılı günlər qaldı!

Ölkəmizdə ilk dəfə “Facemark” və “Admedia” şirkətlərinin təşkilatçılığı ilə Təchizat Zənciri Liderləri Zirvəsi keçiriləcəkdir. 13 may 2024-cü il tarixində təşkil olunacaq tədbirdə peşəkar moderator və spikerlər təchizat zəncirinin inkişafı və idarəedilməsi istiqamətində bilik və təcrübələrini paylaşacaq, təchizat zənciri prosesləri üçün sərfəli həllər tapacaq, satınalma proseslərini sadələşdirmək və səmərəliliyi artırmaq üçün rəqəmsal alətlər təklif edəcəklər.

“Yeni Dəyər Zənciri” devizi ilə “Gülüstan” sarayında keçiriləcək tədbir bütöv günü əhatə etməklə 600-dək peşəkar mütəxəssisi, dövlət və özəl sektordan olan təchizat, satınalma rəhbərlərini, istehsalçı, distribyutor, topdansatış, pərakəndə satıcı və istehlakçıları bir araya toplayacaq.

“Facemark” və “Admedia” şirkətlərinin təşkilatçılığı, “Konsis Group” şirkətinin təşkilati dəstəyi, “Azərsun Holdinq”in Baş Sponsorluğu, “Roof Academic Training”in Platinum Sponsorluğu, “Araz Supermarketlər şəbəkəsi”nin Gold Sponsorluğu, “Qardaşlar Mebel”, “Bank of Baku”, “Leqo Group”, “Başkent” restoranlar şəbəkəsinin və “İnnab” platformasının sponsorluğu ilə keçiriləcək tədbir ölkəmizdə satınalma və təchizat sahəsinin inkişafına dəstəyi və sahə üzrə yerli kadrların daha da təkmilləşdirilməsini hədəfləyir.

3 moderator və 15 spiker “Yeni Dəyər Zənciri” konsepti ilə "Dövlət Satınalmaları: Rəqabətdə Şəffaflıq", " Təchizat Zəncirinin Strateji İdarəedilməsi", "Təchizat Zənciri: Gələcəyin Dizaynı " panelləri üzrə təchizatda risklərin idarə olunması, təchizat zəncirinin strateji dayaqları, logistika, rəqəmsal transformasiya və süni intellektin tətbiqi və sahəyə dair digər mövzular haqqında müzakirələr edəcəklər.

Təchizat Zənciri Liderləri Zirvəsinə bilet əldə etmək və tədbir ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün zirvənin rəsmi internet səhifəsinə keçid edə (www.sclforum.az) və sosial media hesablarımızı izləyə bilərsiniz.

Facebook: https://www.facebook.com/profile.php?id=61556576487637

Instagram: https://www.instagram.com/sclforum/

Linkedln: https://www.linkedin.com/company/t%C9%99chizat-z%C9%99nciri-liderl%C9%99ri-forumu/?viewAsMember=true

OXŞAR XƏBƏRLƏR
Prezident: "Azərbaycan İrana hər cür dəstək göstərməyə hazırdır"

Prezident: "Azərbaycan İrana hər cür dəstək göstərməyə hazırdır"

Yevlaxda ər arvadını öldürüb, sonra özünə xəsarət yetirib

Yevlaxda ər arvadını öldürüb, sonra özünə xəsarət yetirib

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib

XƏBƏR LENTİ
  • Dünən
    23:12

    Zaxarova: "Rusiya İran prezidentinin olduğu helikopterin axtarışına yardım göstərməyə hazırdır"
  • Dünən
    22:54

    Türkiyə İrana axtarış-xilasetmə qruplarını göndərib
  • Dünən
    22:25

    İran prezidentinin helikopterinin sərnişinləri ilə əlaqə yaradılıb
  • Dünən
    22:12

    İraq Rəisinin olduğu helikopterin axtarışı üçün xilasetmə qrupları göndərir
  • Dünən
    22:04

    Aİ: “İran üçün “Copernicus” peyk xidmətini aktivləşdirdik”
  • Dünən
    21:41

    Rəsinin olduğu helikopteri axtaran 3 xilasedici itkin düşüb
  • Dünən
    21:17

    ABŞ: “Rəisinin helikopter qəzası ilə bağlı məlumatları izləyirik”
  • Dünən
    21:12

    "Mançester Siti" İngiltərə çempionu oldu
Menyu