http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Onlayn alış-veriş edənləri dələduzluq yolu ilə aldadan şəxs saxlanılıb

09 May 2024 , 08:51
Onlayn alış-veriş edənləri dələduzluq yolu ilə aldadan şəxs saxlanılıb

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə alış-veriş məqsədilə yaradılan sosial şəbəkə qruplarında vətəndaşlara qarşı dələduzluq edən 21 yaşlı Ümid İsmayılov saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Ü.İsmayılov əvvəlcə onlayn satış etmək üçün işçi tələb olunması barədə elan verib. Həmin şəxsləri aylıq maaş verəcəyi vədi ilə aldadaraq onlardan müəyyən məbləğdə depozit alıb. Daha sonra o, tanınmış markaların sosial şəbəkə səhifələrindən geyim fotoları köçürərək sosial şəbəkə qruplarında paylaşıb. Alış-veriş etmək istəyən müştərilər ödənişi Ü.İsmayılovun “işə götürdüyü” şəxslərin bank kartına, onlar isə öz növbəsində saxlanılan şəxsin hesabına transfer ediblər. 
Faktla bağlı araşdırmalar davam etdirilir.

Ü.İsmayılovun əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə müraciət edə bilərlər.

OXŞAR XƏBƏRLƏR
Dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılıb

Dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılıb

Ötən sutka 4-ü azyaşlı olmaqla 9 nəfər xilas edilib

Ötən sutka 4-ü azyaşlı olmaqla 9 nəfər xilas edilib

Yevlaxda qadın qətlə yetirilib, əri saxlanılıb

Yevlaxda qadın qətlə yetirilib, əri saxlanılıb

XƏBƏR LENTİ
  • 10:35

    Qızılın qiyməti tarixi rekordunu yeniləyib
  • 10:31

    Türkiyə və Pakistan XİN rəhbərləri arasında görüş olub
  • 10:28

    Dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılıb
  • 10:25

    Ceyhun Bayramov: "İran Prezidenti və XİN rəhbərinin ölümü məni dərindən sarsıtdı"
  • 10:20

    Ötən il Liviyada 26-sı uşaq olmaqla 35 nəfər mina nəticəsində xəsarət alıb
  • 10:16

    Azərbaycan XİN İrana başsağlığı verib
    Azərbaycan XİN İrana başsağlığı verib
  • 10:12

    Dünya çempionatının ikinci günündə 4 cüdoçumuz mübarizəyə başlayacaq
  • 10:10

    İlham Əliyev: İbrahim Rəisinin əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır
Menyu