Menyu

Lənkəranda əməliyyat zamanı saxlanılan narkokuryerdən 22 kiloqram marixuana aşkar olunub

Nərmin Qocamanlı
Lənkəranda əməliyyat zamanı saxlanılan narkokuryerdən 22 kiloqram marixuana aşkar olunub

Lənkəranda əməliyyat zamanı saxlanılan narkokuryerdən 22 kiloqram marixuana aşkar olunub.

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə ötən gün növbəti əməliyyat keçirib. Tədbir nəticəsində Qafarzadə Rövşən Sakit oğlu Ələt-Astara avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində saxlanılıb. Onun üzərindən *22* kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana və *1240* ədəd metadon həbi aşkarlanıb. R.Qafarzadə narkotikləri sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı “Vəlixan” adlı şəxsin göstərişi ilə Lənkəran rayonu ərazisindən əldə etdiyini bildirib.  O, həmin narkotik maddələri götürüb deyiləcək yerə qoyaraq bu narkokuryerliyinin müqabilində 3000 manat əldə edəcəkmiş.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər