Naxçıvanda güclü yağış uçquna səbəb olub
Nərmin Qocamanlı
Naxçıvan Muxtar Respubilkasının Ordubad rayonunun Pəzməri kənd avtomobil yolunda qaya uçqunu baş verib.
"Operativ Media" xəbər verir ki, bu barədə “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” məlumat yayıb.
Məlumata görə, Ordubad rayonununda yağan güclü yağış səbəbindən qaya uçqunu baş verib.
Nəticədə qaya parçaları Pəzməri kənd avtomobil yoluna tökülüb və nəqliyyat vasitələrinin hərəkəti dayanıb.
Yolun açılması üçün hadisə yerinə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları və texnikası əraziyə cəlb olunub.
Qısa müddət ərzində yol təmizlənib və hərəkət bərpa edilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net