http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Samir Nuriyev: COP29-la bağlı yekdil qərar Azərbaycana böyük hörmətin ifadəsidir

10 May 2024 , 08:11
Samir Nuriyev: COP29-la bağlı yekdil qərar Azərbaycana böyük hörmətin ifadəsidir

Azərbaycan dövləti ciddi qlobal problem olan iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində ardıcıl siyasət həyata keçirir, 2030-cu ilə qədər bərpaolunan enerji həcminin və enerji səmərəliliyinin artırılması ilə bağlı beynəlxalq təşəbbüsə qoşulmuşdur.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev AZƏRTAC-dakı məqaləsində bildirib.

“Ölkəmizdə “yaşıl enerji” sənayesinin inkişafı üçün müvafiq normativ-hüquqi aktlar qəbul olunur, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, Naxçıvan Muxtar Respublikası “yaşıl enerji” zonaları elan edilmişdir. Azərbaycan xarici tərəfdaşları ilə birlikdə bərpaolunan enerji sahəsinin inkişaf etdirilməsi məqsədilə böyük layihələr reallaşdırmağa başlamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ətraf mühitin qorunmasına böyük diqqətin və həssas münasibətin göstəricisidir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyətin ölkəmizə böyük hörmət və etimadının ifadəsi olmaqla yanaşı, həm də yeni inkişaf mərhələmizdə əldə edilmiş növbəti uğurdur. Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi qlobal tədbirin reallaşması ilə bağlı müvafiq texniki-təşkilati tədbirlər həyata keçirir. Əminliklə demək olar ki, “Yaşıl dünya naminə həmrəy olaq!” şüarı altında yüksək səviyyədə keçiriləcək COP29 qlobal əhəmiyyət daşıyan bu problemin həllinə mühüm töhfə olmaqla yanaşı, həm də ölkəmizin güclü potensialını bütün dünyaya nümayiş etdirəcəkdir”, - S.Nuriyev qeyd edib.

OXŞAR XƏBƏRLƏR
İxrac olunan məhsulların ölkədəki qiymətləri münasibdir? - EKSPERT

İxrac olunan məhsulların ölkədəki qiymətləri münasibdir? - EKSPERT

Qarabağ Regional Enerji Təchizatı və Satışı İdarəsi yaradılıb

Qarabağ Regional Enerji Təchizatı və Satışı İdarəsi yaradılıb

Yenilənmiş 1 qəpiklik metal pul nişanları tədavülə buraxılıb

Yenilənmiş 1 qəpiklik metal pul nişanları tədavülə buraxılıb

XƏBƏR LENTİ
  • 18:08

    Pakistanın baş naziri İslamabaddakı İran səfirliyinə baş çəkib
  • 18:02

    Rəisinin olduğu helikopterin qəzaya uğraması texniki nasazlıq səbəbindən baş verib - İRNA
  • 18:00

    İxrac olunan məhsulların ölkədəki qiymətləri münasibdir? - EKSPERT
  • 17:55

    Qarabağ Regional Enerji Təchizatı və Satışı İdarəsi yaradılıb
  • 17:54

    Mario Balotelli "Adana Dəmirspor"dan ayrılır
  • 17:45

    Naxçıvanda ixrac üçün verilən mənşə sertifikatlarının sayı artıb
  • 17:31

    Yenilənmiş 1 qəpiklik metal pul nişanları tədavülə buraxılıb
  • 17:27

    Ermənistanda polis delimitasiyaya qarşı çıxan 14 etirazçını saxlayıb
Menyu