Menyu

Biləcəridə avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

Nərmin Qocamanlı
Biləcəridə avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb
1 dəq oxu

Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə Biləcəri qəsəbəsi ərazisindən “Opel” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.  

DİN-dən "Operativ Media"ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Səfadar Axundov müəyyən olunaraq saxlanılıb. Avtomobil onun yaşadığı evin həyətindən kapotu və təkərləri sökülmüş vəziyyətdə aşkarlanıb.

Araşdırma aparılır.

Əlaqəli Xəbərlər