http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

DİN: Qarabağa girişi məhdudlaşdırılan sürücünün iddiaları əsassızdır

10 May 2024 , 12:46
DİN: Qarabağa girişi məhdudlaşdırılan sürücünün iddiaları əsassızdır

İnternet televiziya kanallarının birində Laçın rayon sakini Yusif İsmayılovun polis əməkdaşları tərəfindən Xocalı rayon ərazisinə girişinin məhdudlaşdırılması ilə bağlı iddiaları yayılıb.

Bununla bağlı DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Operativ Media"ya bildirilib ki, Y.İsmayılovun oğlu Rəhim İsmayılovun işğaldan azad olunan əraziyə daxil olmasının məhdudlaşdırılması onun qanunsuz hərəkətləri ilə bağlıdır: "İnşaat şirkətlərindən birində sürücü işləyən şəxsin idarə etdiyi nəqliyyat vasitəsi cari ilin fevralın 12-də Əsgəran qəsəbəsində yoxlanılarkən avtomobildə oğurlanan bir sıra ehtiyat hissələri və maqnitafon aşkarlanıb. Həmin əşyalar ondan götürülərək aidiyyəti üzrə təhvil verilib. Törətdiyi əmələ görə sürücü R.İsmayılov və idarə etdiyi nəqliyyat vasitəsi ərazidən kənarlaşdırılmaqla, onun işğaldan azad edilmiş ərazilərə giriş-çıxışı ləğv edilib və barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

Qeyd olunanları nəzərə alaraq, diqqətə çatdırırıq ki, Y.İsmayılovun iddiaları əsassızdır, həqiqəti əks etdirmir".

OXŞAR XƏBƏRLƏR
Həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB

Həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB

Şəmkirdə qaz təchizatında fasilə olacaq

Şəmkirdə qaz təchizatında fasilə olacaq

Rayonlara yağış yağır, Ağsuçaydan sel keçir - FAKTİKİ HAVA

Rayonlara yağış yağır, Ağsuçaydan sel keçir - FAKTİKİ HAVA

XƏBƏR LENTİ
  • Dünən
    23:27

    İran helikopteri axtarmaq üçün Türkiyənin Akıncı PUA-dan istifadə edib
  • Dünən
    23:04

    Həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB
  • Dünən
    22:57

    Kiyev: Qərb Ukraynanı dəstəkləmək qərarlarında bir il gecikib
  • Dünən
    22:43

    ABŞ İrana qarşı tam sanksiyaları davam etdirəcək
  • Dünən
    22:28

    Muxtar Babayev və Tacikistanın sənaye və yeni texnologiyalar naziri arasında görüş olub
  • Dünən
    22:24

    İranda növbədənkənar prezident seçkiləri bu tarixdə keçiriləcək
  • Dünən
    22:16

    Türkiyədə İran Prezidentinin ölümü ilə bağlı matəm elan olunub
  • Dünən
    22:11

    Şəmkirdə qaz təchizatında fasilə olacaq
Menyu