http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Dövlət başçısı Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub, birinci tunelin açılışında iştirak edib - YENİLƏNİB

10 May 2024 , 16:24
Dövlət başçısı Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub, birinci tunelin açılışında iştirak edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda aparılan işlərlə tanış olub, bu yolda inşa edilmiş birinci tunelin açılışında iştirak edib.

"Operativ Media" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Mövcud yolun uzunluğu 101, yeni yolun uzunluğu isə 81,7 kilometrdir. Yeni yol 19,3 kilometr qısadır. Birinci texniki dərəcəli yolun 4-6 hərəkət zolağı var. Yol boyu müxtəlif diametrli 194 suötürücü boru, 38 yeraltı keçid, 11 körpü, 7 tunel və 9 viaduk inşa edilir. Körpülərin ümumi uzunluğu 1557 metr, viadukların uzunluğu 1965 metr, tunellərin ümumi uzunluğu isə bir istiqamət üzrə 6450 metrə yaxındır.

Diqqətə çatdırıldı ki, yolun tikintisi layihəsi üzrə nəzərdə tutulmuş və ümumi uzunluqları (sağ və sol istiqamət) 12,7 kilometr təşkil edən 7 avtomobil tunelindən 6-sında qazma işləri artıq yekunlaşıb. Hazırda tuneldaxili işlər həyata keçirilir. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirir.

Sonra dövlətimizin başçısı ümumi uzunluğu 6747 metr olan birinci tunelin açılışını etdi.

Prezident İlham Əliyev işçilərlə birgə foto çəkdirdi.

Daha sonra Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda dördüncü tunelin giriş və çıxış hissəsinə baxış keçirildi.

Məlumat verildi ki, yolun 73,7-ci kilometrliyindəki tunelin sol hissəsi 679,8 metr, sağ hissəsi isə 680,6 metrdir. Tuneldə qazma işləri başa çatdırılıb. Hazırda daxili işlər görülür.

***

13:02

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda aparılan işlərlə tanış olub, yolboyu inşa edilmiş birinci tunelin açılışında iştirak edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

OXŞAR XƏBƏRLƏR
İxrac olunan məhsulların ölkədəki qiymətləri münasibdir? - EKSPERT

İxrac olunan məhsulların ölkədəki qiymətləri münasibdir? - EKSPERT

Qarabağ Regional Enerji Təchizatı və Satışı İdarəsi yaradılıb

Qarabağ Regional Enerji Təchizatı və Satışı İdarəsi yaradılıb

Yenilənmiş 1 qəpiklik metal pul nişanları tədavülə buraxılıb

Yenilənmiş 1 qəpiklik metal pul nişanları tədavülə buraxılıb

XƏBƏR LENTİ
  • Dünən
    23:27

    İran helikopteri axtarmaq üçün Türkiyənin Akıncı PUA-dan istifadə edib
  • Dünən
    23:04

    Həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB
  • Dünən
    22:57

    Kiyev: Qərb Ukraynanı dəstəkləmək qərarlarında bir il gecikib
  • Dünən
    22:43

    ABŞ İrana qarşı tam sanksiyaları davam etdirəcək
  • Dünən
    22:28

    Muxtar Babayev və Tacikistanın sənaye və yeni texnologiyalar naziri arasında görüş olub
  • Dünən
    22:24

    İranda növbədənkənar prezident seçkiləri bu tarixdə keçiriləcək
  • Dünən
    22:16

    Türkiyədə İran Prezidentinin ölümü ilə bağlı matəm elan olunub
  • Dünən
    22:11

    Şəmkirdə qaz təchizatında fasilə olacaq
Menyu