http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Sabunçuda aşkarlanan narkoplantasiyada 1500 ədəd çətənə kolu götürülüb

10 May 2024 , 13:49
Sabunçuda aşkarlanan narkoplantasiyada 1500 ədəd çətənə kolu götürülüb

Sabunçu rayonunda aşkarlanan narkoplantasiyada 1500 ədəd çətənə kolu götürülüb.
 
DİN-dən "Operativ Media"ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsinin (CAŞ) əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 1976-cı il təvəllüdlü paytaxt sakini Vahab Manafov saxlanılıb. Ondan 2 kiloqram narkotik vasitə marixuana aşkar olunub. Əməliyyat tədbilərinin davamı olaraq həmin şəxsin narkotikləri əldə etdiyi Maştağa qəsəbəsi sakini Kamal Rəhmanov da saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərindən isə 1 kiloqram marixuana aşkarlanıb.

K.Rəhmanovun daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində keçirilən tədbirlərlə onun marixuananı əldə etdiyi şəxslər paytaxt sakinləri Hüseynağa Məlikov və Ceyhun Bədəlovun da saxlanıması təmin edilib. Onların Sabunçu rayonunda yerləşən bağ sahələrinə baxış zamanı kultivasiya yolu ilə xüsusi qulluq edərək yetişdirdikləri narkotik tərkibli 1500 ədəd çətənə kolu aşkarlanıb. Araşdırma zamanı dəstə üzvlərinin çətənə kollarını yetişdirdikdən sonra paytaxt ərazisində satışı ilə məşğul olduqları müəyyən edilib.

Aşkarlanan faktlarla bağlı Sabunçu RPİ-ə araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
İxrac olunan məhsulların ölkədəki qiymətləri münasibdir? - EKSPERT

İxrac olunan məhsulların ölkədəki qiymətləri münasibdir? - EKSPERT

Qarabağ Regional Enerji Təchizatı və Satışı İdarəsi yaradılıb

Qarabağ Regional Enerji Təchizatı və Satışı İdarəsi yaradılıb

Yenilənmiş 1 qəpiklik metal pul nişanları tədavülə buraxılıb

Yenilənmiş 1 qəpiklik metal pul nişanları tədavülə buraxılıb

XƏBƏR LENTİ
  • 21:29

    Azərbaycana Gürcüstandan avtomobil idxalı niyə kəskin azalıb?
  • 21:14

    QHT rəhbərləri İranın Azərbaycandakı səfirliyinin binası önünə gül dəstələri düzüb
  • 21:01

    Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib - YENİLƏNİB
  • 20:46

    Rayonlara yağış yağır, Ağsuçaydan sel keçir - FAKTİKİ HAVA
  • 20:32

    Ərdoğan İrana başsağlığı verib
  • 20:08

    Azərbaycan və Gürcüstan XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib
  • 20:00

    Britaniya: Netanyahunun həbsi Qəzzada müharibəyə son qoymayacaq
  • 19:58

    Azərbaycan cüdoçusu dünya çempionu oldu
    Azərbaycan cüdoçusu dünya çempionu oldu
Menyu