Menyu

Ombudsman Səbinə Əliyeva və Aparatın kollektivi Ümummilli Liderin xatirəsini anıb

Nərmin Qocamanlı
Ombudsman Səbinə Əliyeva və Aparatın kollektivi Ümummilli Liderin xatirəsini anıb
1 dəq oxu

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva və Ombudsman Aparatının kollektivi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Fəxri xiyabanı ziyarət ediblər.

Ombudsman Aparatından "Operativ Media"ya bildirilib ki, Ulu Öndərin məzarı önünə tər güllər düzülüb, xatirəsi ehtiramla yad edilib.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da əziz xatirəsi anılıb, məzarı önünə güllər qoyulub.

Fotogalereya

Əlaqəli Xəbərlər