COP29-un prezidenti Pakistanda iqlim dəyişikliyinin təsirlərini müzakirə edib
Nərmin Qocamanlı
COP29-un prezidenti Muxtar Babayev Pakistan Milli Fövqəladə Hallar İdarəsinin (NDMA) nümayəndələri ilə iqlim dəyişikliyinin nəticələrini müzakirə edib.
"Operativ Media" xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki hesabında məlumat verilib.
“Pakistanda iqlim dəyişikliyinin təsirləri haqqında təqdimata görə NDMA-ya təşəkkür edirik. Gələcək nəsillər üçün gücümüzü birləşdirməli və daha “yaşıl dünya” qurmaq öhdəliyi götürməliyik”, - paylaşımda qeyd olunub.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma