Menyu

Probasiya nəzarətində olan daha 33 nəfərə sosial-psixoloji yardım xidməti göstəriləcək

Probasiya nəzarətində olan daha 33 nəfərə sosial-psixoloji yardım xidməti göstəriləcək

 

Sosial Xidmətlər Agentliyi probasiya nəzarətində olan daha 33 nəfərə sosial-psixoloji yardım xidməti göstərəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Operativ Media"ya verilən xəbərə görə, Sosial Xidmətlər Agentliyi probasiya nəzarətində olan (şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya məhkəmə tərəfindən cəzasının çəkilməsi təxirə salınmış) şəxslərin sosial mühitə adaptasiyası istiqamətində fəaliyyətini davam etdirir.

Ədliyyə Nazirliyinin Probasiya Xidməti ilə əməkdaşlıq çərçivəsində təşkil edilən növbəti tədbirdə iştirakçılar Agentliyin fəaliyyət istiqamətləri, bu kateqoriyadan olan şəxslərin sosial reabilitasiyası və onların əhatə olunduğu sosial dəstək tədbirləri barədə məlumatlandırılıblar.

Görüş zamanı hər iki qurumun əməkdaşlarının iştirakı ilə məhkumların sosial adaptasiyası ilə bağlı müzakirələr aparılıb və təkliflər səsləndirilib.

Sonra probasiya nəzarətində olan 33 nəfərin anket sorğusu əsasında qiymətləndirilməsi aparılıb. Nəticələrə uyğun olaraq onların sosial-psixoloji yardım xidmətinə cəlb edilməsi nəzərdə tutulur.

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər