Menyu

Allahşükür Paşazadə sabah Türkiyəyə səfər edəcək

Nərmin Qocamanlı
Allahşükür Paşazadə sabah Türkiyəyə səfər edəcək
1 dəq oxu

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə sabah Türkiyəyə səfər edəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə QMİ-dən məlumat yayıb.

Bildirilib ki, Türkiyə Diyanət İşləri Başkanı dr. Ali Erbaşın ilə şeyxülislam mayın 13-də İstanbulda Dünya İslam alimlərinin yeni təsis olunan Məşvərət toplantısında iştirak və çıxış edəcək.

Həmçinin QMİ sədri səfər çərçivəsində İstanbulda Dolmabaxça sarayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın toplantı iştirakçılarını qəbul mərasimində iştirak edəcək.

Əlaqəli Xəbərlər