Menyu

Bakıda binadan 7200 manatlıq oğurluq olub

Bakıda binadan 7200 manatlıq oğurluq olub

Nərimanov rayonu ərazisində yeni inşa olunan binaların birindən 7200 manat dəyərində inşaat materiallarının oğurlanması barədə polisə məlumat daxil olub. 

"Operativ Media" DİN-ə istinadən xəbər verir ki, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Samir Mirzəliyev və qardaşı Rahib müəyyən olunaraq saxlanılıblar. 

Araşdırma aparılır.

Teqlər:

"Bak\u0131da binadan 7200 manatl\u0131q o\u011furluq olub"

Əlaqəli Xəbərlər