Menyu

Azərbaycanda “Biznesin müflisləşməsi” sahəsi üzrə Yol Xəritəsi təqdim olunacaq

Azərbaycanda “Biznesin müflisləşməsi” sahəsi üzrə Yol Xəritəsi təqdim olunacaq

Azərbaycanda “Biznesin müflisləşməsi” sahəsi üzrə 2024-cü il üçün Yol Xəritəsi təqdim olunacaq.

"Operativ Media" xəbər verir ki, Yol Xəritəsi mayın 15-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” işçi qrupunun iclasında təqdim ediləcək.

İclasda yeni təsdiq olunmuş “Dünya Bankı Qrupunun “Business Ready” layihəsinin “Biznesin müflisləşməsi” indikatoru üzrə müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi”ndə nəzərdə tutulan tədbirlərin icrası, habelə “Müflisləşmə və sağlamlaşdırma haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı əmlak inzibatçılarının statusu, səlahiyyətləri, hüquqları və vəzifələri, onların reyestrinin aparılması, prosesdə iştirakı və başqa əlaqəli məsələlərin müzakirəsi aparılacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər