14 May 2024, 10:33
Üzərində reklam olan avtomobillərin sayı arta bilər - AÇIQLAMA
Üzərində reklam olan avtomobillərin sayı arta bilər - AÇIQLAMA şəkil
Üzərində reklam olan avtomobillərin sayı arta bilər - AÇIQLAMA

Son zamanlarda paytaxt Bakımızda bəzəkli və işıqlı maşınlar yəqin ki, qarşınıza çıxıb. Maraqlı və yenilikçi reklam növü kimi dəyərləndirilən bu strategiya şirkətlərin, mağazaların, məhsulların tanınmasında, fəaliyyətində böyük rol oynayır.

Mövzu ilə bağlı "Operativ Media"ya açıqlama verən reklam mütəxəssisi Elçin Rüstəmli bildirib ki, bu metod daha çox dinamik reklam növü sayılır:

“Günün istənilən saatlarında, insanların sıx olduğu ərazilərdə reklam maşınları daha effektiv nəticələr verir. Bu xidmətin digərlərindən əsas fərqi maksimum görüntünün əldə edilməsi, diqqətin anlaşılan şəkildə təmin olunması, insanlarda pozitiv maraq oyatmasıdır. Parlaq rənglər, geniş ərazi və qeyri-adi formalar yoldan keçənlərin diqqətini üzərinə çəkir. Bununla da qısa müddət ərzində minlərlə insanın yeni və yaxud az tanınmış markaya tələbatı artır. Bu reklam növü daha çox Bakıda istifadə olunsa da, Azərbaycanın bütün bölgələrində reallaşdırmaq olar".

May be an image of van and textOnun sözlərinə görə, bu maşınlardan istifadə etmək üçün əsas şərtlərdən biri adiyyatı üzrə icazələrin alınmasıdır.

No photo description available.

Bu məsələ həll olduqdan sonra istənilən markanı, brendi mükəmməl şəkildə təqdim etmək mümkündür.

"Avtomobillərin üzərində reklam yerləşdirilməsi üçün ilk növbədə müvafiq icazələr alınmalıdır. Həmin icazə sənədləri də sürücüdə olmalıdır ki, onu yol polisi saxladıqda icazəsini təqdim edə bilsin. Bütün bunlar əslində o qədər də çətin proseslər deyil".

E.Rüstəmli onu da bildirib ki, yaxın gələcəkdə ölkəmizdə reklam avtomobillərinin sayında artım da görə bilərik: 

"Banklar, beynəlxalq brendlər, dövlət qurumları tez-tez fərqli reklam və ya maarifləndirmə üsullarını sınayırlar. Yuxarıda da qeyd etdiyimiz kimi, bunlardan biri də reklam avtomobilləridir. Son zamanlar ölkəmizdəki banklar da bu cür reklamlara üz tutublar. Bu o deməkdir ki, biz yaxın gələcəkdə başqa brendlərin də avtomobil üzərində reklamlardan istifadə etməsinin şahidi olacağıq". 

Son xəbərlər
KİV: Çin İrana nəqliyyat təyyarələri göndərir
G7 liderləri Yaxın Şərq münaqişəsinin siyasi həllini müzakirə ediblər
ABŞ-nin İsraildəki səfirliyi iyunun 20-dək bağlanıb
Makron: İranda rejimin hərbi yolla dəyişdirilməsi böyük səhv olar
Rusiyalı iş adamı İrəvanda saxlanılıb?
Rusiya XİN: Nüvə savaşına yaxınlaşırıq
İsrail təyyarələri İrana zərbə endirmək üçün havaya qalxıb
İranın sabiq prezidentinin ölümü ilə bağlı yayılan məlumatlar yalandır