http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Anar Məmmədlinin bir sıra təşkilatlardan 1 milyondan çox vəsait almasına dair məlumatlar yayılıb

16 May 2024 , 15:49
Anar Məmmədlinin bir sıra təşkilatlardan 1 milyondan çox vəsait almasına dair məlumatlar yayılıb

“Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi” İctimai Birliyinin sədri, Gozetci.az saytının təsisçisi və rəhbəri Anar Məmmədlinin uzun müddət müxtəlif şəxslərlə əlbir olaraq qrant layihələri adı altında beynəlxalq donor təşkilatlarından maliyyə vəsaitləri alıb həmin pullarıın əksər qismini Gürcüstandakı “TBC”​ bankında öz adına açılmış hesablar vasitəsilə yiyələnməsi və vəsaitlərin qanunsuz yollarla nağdlaşdırılaraq Azərbaycana gətirilməsi işinə rəhbərlik etdiyi deyilir.

"Operativ Media" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu məqsədlə o, əvvəlcə özü və yaxın ətrafı ilə birlikdə mərkəzi İsveçrədə yerləşən “Human Rights House Foundation” təşkilatına üzv olub, həmçinin digər xarici donor təşkilatlarla sıx əlaqələr qurub, ölkə daxilində ətrafında şəbəkə formalaşdırmaqla bəzi hallarda öz, bəzi hallarda isə şəbəkənin digər üzvlərinin adından çoxsaylı qrant layihələri hazırlayıb, müxtəlif şəxslər üçün formal əməkhaqqı, jurnalistlərə avadanlıq alışı və s. adlar altında maliyyə vəsaitləri cəlb edərək öz pulyuma mexanizmini formalaşdırıb.

Anar Məmmədlinin sadəcə 2014-2021-ci illərdə aldığı qrantların məbləğlərinə ötəri nəzər salaq:

Gürcüstanın "Human Rights House Tbilisi" təşkilatı - 2265 avro;
Fransanın "Equal Rights İndependent Media" təşkilatı - 4750 avro;
İsveçin "Swedish International Liberal Centre" təşkilatı - 12625 avro;
Norveçin "Norwegian Human Rights House Foundation" təşkilatı - 24850 avro;
İsveçrənin "Human Rights House Foundation" təşkilatı - 27020 avro;
Belçikanın "İnternational Partnership for Human Rights" təşkilatı - 43290 avro;
ABŞ-ın "National Endowment Democracy" təşkilatı - 53770 avro və 75010 avro;
Çexiyanın "Prague Civil Sosiety Centre" təşkilatı - 59850 avro;
ABŞ-ın "German Marshall Fund" fondu - 74411 avro.

... Beləliklə, A.Məmmədlinin toplam olaraq 1.441.200 AZN məbləğində vəsait əldə etməsi, həmçinin vəsaitlərin xərclənməsinə və işçilərin xarici valyutada qonorarlar qəbul etməsinə dair qəbzlər aşkar olunub. Bundan başqa, dəyəri 170.635 avro və 243.020 avro təşkil edən layihə sənədləri aşkarlanıb.

OXŞAR XƏBƏRLƏR
COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb

COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb

Babək prospektində qəza olub, yolda sıxlıq yaranıb

Babək prospektində qəza olub, yolda sıxlıq yaranıb

Pərviz Şahbazov Mingəçevirdə vətəndaşları qəbul edib

Pərviz Şahbazov Mingəçevirdə vətəndaşları qəbul edib

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
  • Dünən
    23:22

    Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • Dünən
    23:08

    Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb
  • Dünən
    22:50

    Borrell Çinin xarici işlər naziri ilə görüşdü
  • Dünən
    22:22

    Pentaqon: Peyvəndləri gözdən salmaq kampaniyası ABŞ-ın prioritetlərinə uyğun gəlmir
  • Dünən
    22:06

    Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb
  • Dünən
    21:57

    Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib
  • Dünən
    21:50

    Türkiyə ordusu 15 terrorçunu zərərsizləşdirdi
Menyu