Yaponiyada boşanmadan sonra "ortaq qəyyumluq" qanunu qəbul edilib

Nərmin Qocamanlı
Yaponiyada boşanmadan sonra "ortaq qəyyumluq" qanunu qəbul edilib

Yaponiya parlamenti boşanmış cütlüklərə uşaqlarının himayədarlığını paylaşmasına icazə verən qanun layihəsini təsdiqləyib.

"Operativ Media" xəbər verir ki, yeni qanuna əsasən, boşanan cütlüklərə “tək qəyyumluq” və “ortaq qəyyumluq” arasında seçim etməyə icazə veriləcək.

Birgə qəyyumluğa üstünlük verilərsə, uşağın gələcəyi, o cümlədən təhsili və sağlamlığı ilə bağlı uzunmüddətli qərarlarda valideynlərin razılığı istəniləcək.

Valideynlər seçim edə bilməsələr, yerli ailə məhkəmələri işə qarışacaq və qəyyumluq qərarını yekunlaşdıracaq.

Yeni qanun dəyişikliyi 2026-cı ilə qədər qüvvəyə minəcək və artıq boşanmış cütlüklərə də tətbiq oluna bilər.

Qeyd edək ki, Yaoniyada mövcud mülki qanun qəyyumluğun yalnız bir valideynə, adətən anaya verilməsinə icazə verir. Ölkədə qəyyumluq ümumiyyətlə analara verilir. Qəyyumluğun verildiyi şəxs digərinin uşaqlarla əlaqə saxlamasına mane ola bilər.

 

Digər xəbərlər