18 May 2024, 10:22
Bakıda qanunsuz tikintilərin qarşısı alınıb (VİDEO)
Bakıda qanunsuz tikintilərin qarşısı alınıb (VİDEO) şəkil
Bakıda qanunsuz tikintilərin qarşısı alınıb (VİDEO)

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

"Operativ Media" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bu çərçivədə, Abşeron rayonunun Masazır kəndi və Bakı şəhəri, Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, müvafiq olaraq Abşeron və Qaradağ Rayon İcra hakimiyyətləri nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikilən obyektlər sökülüb.

Son xəbərlər
Xəzər dənizində zəlzələ olub
Pənah Hüseyn AXP sədrliyindən istefa verdi
"Qalatasaray" Türkiyə millisinin üzvünü transfer etmək istəyir
İsrailin Zəncana endirdiyi zərbə nəticəsində 2 SEPAH hərbçisi həlak olub
İranın bir gecədə İsrailə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 4-ə çatıb
Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək?
İranın hava məkanının bağlı qalma vaxtı uzadılıb
Ağ Ev: Tramp Kanadada Zelenski ilə görüşəcək