Menyu

Çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı müşavirə keçirilib

Çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti “Çimərliklərdə təhlükəsizlik qaydaları” mövzusunda Astara Rayon İcra Hakimiyyəti başçısının Şahağacı kənd inzibati dairəsi üzrə nümayəndəliyində müşavirə keçirib.

"Operativ Media"ya FHN-ə istinadən xəbər verir ki, tədbirdə yerli icra hakimiyyəti, bələdiyyələr və sahilboyu iaşə obyektlərinin nümayəndələri iştirak ediblər.

Müşavirədə çimərliklərin vəziyyəti, eləcə də əhalinin təhlükəsiz istirahətinin təmin edilməsi üçün görülən işlər və qarşıda duran məsələlər müzakirə olunub.

Tədbirdə rayon ərazisindəki çimərliklərdə keçirilmiş monitorinqin nəticələri və mövcud vəziyyət barədə tədbir iştirakçıları məlumatlandırılıb, cari problemlər təhlil olunub. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər